Almatı merinin kortejinə silahlı hücum olub- VİDEO

   Almatı merinin kortejinə silahlı hücum olub- VİDEO
  18 Yanvar 2022    Oxunub:815
Sosial şəbəkələrdə Qazaxıstanın Almatı şəhərinin meri Bakıtjan Saqintayevin kortejinə silahlı hücum cəhdinə dair video yayılıb. AzVision.az xəbər verir ki, bu gün merin mətbuat xidməti videonun həqiqəti əks etdirməsini təsdiqləyib.
Görüntülərdə bir neçə avtomobilin avtomat silahlardan atəşə tutulması aşkar görünür. Rəsmi açıqlamada isə videonun 2022-ci il yanvarın 6-da baş vermiş hadisələrə aid olduğu deyilir. Hadisə ilə bağlı istintaq davam etdirildiyi üçün əlavə məlumat açıqlanmır.

Qeyd edək ki, Saqintayev də mətbuata baş verən hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, akimatın(Adminstrasiya-red.) iğtişaşçılardan təmizlənməsi ilə bağlı məlumat aldıqdan sonra onu müşayiət edən həmkarları ilə birlikdə əraziyə gedib. Akimiliyin binasından bir qədər aralıda isə naməlum şəxslər korteji atəşə tutub. Kortejdə Almatı telekanalının əməkdaşları da olub. Avtomobillərə açılan atəş nəticəsində Almatı telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən Saqintaevin sürücü yaralanıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Mer   Hücum   Almatı  





Xəbər lenti