Cəbrayılda erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb

   Cəbrayılda erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb
  18 Yanvar 2022    Oxunub:1058
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, axtarışlar işğaldan azad edilmiş əraziərin cənub istiqamətində aparılıb. Nəticədə Cəbrayıl rayonu ərazisində erməni əsgərə aid insan qalıqları tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edilir ki, bununla da Azərbaycan ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1706 nəfərin meyiti və ya cəsəd qalıqları qalıqları aşkar edilib. Qeyri-rəsmi rəqəmlərin isə daha çox olduğu bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Cəbrayıl   Cəsəd  





Xəbər lenti