"Biz Rusiyanın aqressor olduğunu unutmamışıq" - Lambrext

"Biz Rusiyanın aqressor olduğunu unutmamışıq" -    Lambrext
  18 Yanvar 2022    Oxunub:605
Almaniya Müdafiə Nazirliyinin yeni rəhbəri Kristin Lambrext Rusiyanı təcavüzkar adlandırıb.
AzVision.az xəbər verir ki, nazir Rusiyadan gələn təhlükənin davam etdiyini və bunun Şimali Atlantika Alyansını çağırışlar qarşısında qoyduğunu deyib.

ABŞ Ukraynaya yeni hərbi yardımlar göndərəcək
- Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı davranışları dinc, yanaşı yaşamanın bütün qaydalarını pozur. Biz Rusiyanın aqressor olduğunu unutmamışıq, - Almaniyanın müdafiə naziri NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra deyib.

Lambrextin sözlərinə görə, Rusiyanın qonşu dövlətlər üzərində veto hüququ yoxdur və onların müəyyən ittifaqlara girmək istəyi var.

AzVision.az

Teqlər:   Rusiya   Almaniya  







Xəbər lenti