Belarus səfiri Moskvada xəstəxanaya yerləşdirilib

Belarus səfiri Moskvada xəstəxanaya yerləşdirilib
  18 Yanvar 2022    Oxunub:330
Belarusun Rusiyadakı səfiri Vladimir Semaşko Moskva xəstəxanalarından birində müayinə olunur. AzVision.az xəbər verir ki, bu barədə “Belta” Belarus diplomatik missiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
- Onun vəziyyəti kifayət qədər qənaətbəxşdir və qorxulu bir şey yoxdur, - məlumatda deyilir.

Qeyd edilir ki, səfir yaxın günlərdə işə davam edəcək. Hazırda xəstəxanada olmasına baxmayaraq, Semaşko sənədlərlə işləməyə davam edir, həmçinin səfirliyin fəaliyyətinin cari məsələlərini həll edir.

Xatırladaq ki, Vladimir Semaşko 2018-ci ilin noyabrında Belarusun Rusiya Federasiyasındakı səfiri təyin edilib.

AzVision.az

Teqlər: Səfir  







Xəbər lenti