Metropolitenimizin yeni korpusu - FOTOLAR

Metropolitenimizin yeni korpusu - FOTOLAR
  03 Aprel 2013    Oxunub:1101
Korpusun istifadəyə verilməsi bu ilin ikinci yarısına nəzərdə tutulub
“28 May” stansiyasının ikinci giriş-çıxışı üzərində inşa olunan texnoloji korpusun tikintisi xeyli müddətdir davam edir.

Tikinti işləri ilə tanış olmaq üçün əraziyə baş çəkdik. Şahidi olduq ki, binanın tikintisi başa çatıb. Hazırda binanın fasadlama və vitrajlarının qoyulması işləri həyata keçirilir.

Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, korpusun istifadəyə verilməsi bu ilin ikinci yarısına nəzərdə tutulub. Hazırda son tamamlama işləri aparılır.

Qeyd edək ki, binanın hündürlüyü 33 metr, mərtəbələrin sayı isə 9 olacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti