Türkiyə-Ermənistan uçuşlarının vaxtı açıqlanıb

   Türkiyə-Ermənistan uçuşlarının vaxtı açıqlanıb
  19 Yanvar 2022    Oxunub:282
Türkiyə və Ermənistan arasında hava reyslərinə fevralın 2-dən başlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Qarşılıqlı olaraq uçuşların başlanması qərara alınıb. Mülki Aviasiya Baş İdarəsi "Pegasus Airlines"ə Sabiha Gökçen-İrəvan marşrutu üzrə həftədə üç uçuş həyata keçirməyə icazə verib. Ermənistanın "Fly One Armenia" aviaşirkəti isə İrəvan-İstanbul marşrutu üzrə həftədə üç uçuş həyata keçirəcək", - açıqlamada deyilir.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada keçirilən görüşdə münasibətlərin tam normallaşması üçün ilkin şərt olmadan danışıqları davam etdirməyə razılaşıblar.

Pərvanə Sultanova
AzVision.az

Teqlər:







Xəbər lenti