Merkel BMT-də işləməkdən imtina edib

Merkel BMT-də işləməkdən imtina edib
  19 Yanvar 2022    Oxunub:748
Almaniyanın keçmiş kansleri Angela Merkel BMT-nin baş katibi Antonio Quterreşə zəng edərək onun iş təklifindən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Merkelə BMT-də iş təklif edilib
- Merkel keçən həftə BMT Baş katibinə zəng edib, ona təşəkkür edib və təklifi qəbul etməyəcəyini bildirib,- sayt yazıb.

Qeyd edək ki, bir müddət öncə agentlik BMT-dəki mənbələrə istinadən xəbər yaymışdı ki, BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkeli qurumun nəzdində fəaliyyət göstərən qlobal ictimai sərvətlər üzrə yüksək səviyyəli məsləhət orqanına rəhbərlik etməyə dəvət edib. Agentlik yazır ki, Quterreş bu təklifi Merkelə yazılı şəkildə göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Merkel   BMT  





Xəbər lenti