"Ukrayna məsələsində vəziyyət gərgindir" - Kreml

"Ukrayna məsələsində vəziyyət gərgindir" -    Kreml
  19 Yanvar 2022    Oxunub:885
“Ukraynada vəziyyət çox gərgindir. Silahların tədarükü, müxtəlif manevrlər sadəcə olaraq daha gərgin vəziyyətə gətirib çıxarır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Biz orada silah-sursat tədarükünü görürük, müxtəlif manevrlər, NATO və Qərbi Avropa ölkələrindən təyyarələrin uçuşlarını müşahidə edirik. Bütün bunlar Ukrayna ətrafında gərginliyə gətirib çıxarır", - Peskov əlavə edib.

Almaniya kansleri Olaf Şolzun Ukrayna ətrafında vəziyyətin daha da gərginləşəcəyi təqdirdə “Şimal axını- 2”nin dayandırılacağı mümkünlüyü barədə bəyanatını şərh edən Peskov deyib: "Biz istərdik ki, Almaniyadakı həmkarlarımız da buna diqqət yetirsinlər. Almaniya ilə əlaqələrimizi çox, çox yüksək qiymətləndiririk. Bu, bizim üçün vacibdir və ümid edirik ki, əlaqələri ardıcıl olaraq inkişaf etdirəcəyik".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti