İrəvanda Paşinyanın evi qarət olunub

İrəvanda Paşinyanın evi qarət olunub
  19 Yanvar 2022    Oxunub:915
Ermənistanda bank məmurunun evi qarət edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.
- İrəvanda ölkə banklarından birinin satış departamentinin rəhbəri 31 yaşlı L.Paşinyanın mənzili qarət edilib. Yanvarın 19-da saat 00:10 radələrində Nor-Nork rayon polis şöbəsinə hadisə ilə bağlı zəng daxil olub. Paşinyan bildirib ki, oğurluq hadisəsi yanvarın 18-də, saat 08:30-dan 23:30-a kimi naməlum şəxslər tərəfindən törədilib. Onlar evə girərək xeyli sayda qızıl-zinət əşyalarını oğurlayıblar,-məqalədə yazılıb. Bəzi kriminal saytlar isə son bir ildə ölkədə oğurluq və digər cinayətlərin sayının artmasını önə çəkiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti