Macarıstan yeni parlamentini seçir- VİDEO

Macarıstan yeni parlamentini seçir- VİDEO
  06 Aprel 2014    Oxunub:1104
Bu gün Macarıstanda ümumi seçkilər keçirilir. AzVision.az “euronews”a istinadən xəbər verir ki, bu il seçkilər ilk dəfə olaraq deputatların sayını 2 dəfə azaldacaq yeni qanunlar əsasında baş tutacaq. Parlamentdə yer almaq üçün 18 siyasi partiya arasında 8 milyon seçici öz seçimini edəcək. Yarışan partiyalardan yalnız dördü parlamentə daxil ola biləcək.

2010-cu ildə seçicilərin 65%-nn səsini qazanaraq hakimiyyətə gələn mərkəz-sağçı «Gənc Demokratlar» partiyasının bu seçkidə də azı 50% səs toplayaraq qalib olacağı gözlənilir.






Teqlər:  





Xəbər lenti