Həmçinin burada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri ilə bəzədilən milli pavilyona “Ekspo 2020” ümumdünya sərgisinin iştirakçıları böyük maraq göstərirlər.
AzVision.az fotoqraf Anar Bayramlının sərgi ilə bağlı çəkdiyi görüntüləri təqdim edir:



































AzVision.az