"Ukrayna NATO üçün yükdür" - Amerikalı ekspert

"Ukrayna NATO üçün yükdür" -    Amerikalı ekspert
  19 Yanvar 2022    Oxunub:1517
"NATO Ukraynanın alyansa üzv olması imkanları barədə ciddi düşünmür".
AzVision.az xəbər verir ki, bunu amerikalı siyasi ekspert Klinton Erlix "Fox News"a şərhində deyib.

"Ukrayna hərbi sərvətdən daha çox yükdür. Siyasətçilər Rusiyanın NATO-da kimin olmasına veto qoymaq hüququna malik olmadığını arqumet kimi irəli sürərək Ukraynanın üzvlüyünə çalışırlar", - o bildirib.

Erlixin sözlərinə görə, bununla belə NATO-da yüksək vəzifələrdə olan bir çox məmurlar “Ukrayna hökumətində korrupsiya tarixinə” görə Kiyevi alyansda görmək istəmirlər.

AzVision.az



Teqlər: Ukrayna   NATO  



Xəbər lenti