Zelenski ABŞ dövlət katibi ilə görüşüb

Zelenski ABŞ dövlət katibi ilə görüşüb
  19 Yanvar 2022    Oxunub:1020
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb.

V.Zelenski görüşün nəticəsi olaraq bildirib ki, Ukrayna ABŞ arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.

“ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm. Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq”, - Zelenski qeyd edib.

AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti