"Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür" - Səfir

   "Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür" -    Səfir
  19 Yanvar 2022    Oxunub:977
"Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm".
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.

"Böyük Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür. Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşdüm", - diplomat əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti