Qeyts daha təhlükəli pandemiya barədə xəbərdarlıq edib

Qeyts daha təhlükəli pandemiya barədə xəbərdarlıq edib
  19 Yanvar 2022    Oxunub:1096
“Microsoft”un qurucusu, milyarder Bill Qeyts koronavirusdan daha təhlükəli ola biləcək pandemiyalar barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyts bu səbəbdən hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlarla vəsait ayırmağa çağırıb.

Onun sözlərinə görə, koronavirusun "Omikron" və "Delta" ştamları indiyə qədər görülən ən çox yoluxduran viruslar sırasında olsa da, dünya daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşməli ola bilər.

AzVision.az



Teqlər: Pandemiya  





Xəbər lenti