Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verib

Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verib
  19 Yanvar 2022    Oxunub:719
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

"Ümumxalq hüzn günü - 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir, müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edir", - paylaşımda vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti