Neft-qaz hasilatı nəzərdə tutlan planı üstələdi

Neft-qaz hasilatı nəzərdə tutlan planı üstələdi
  06 Aprel 2014    Oxunub:1498
Yanvar-fevral aylarında “Azneft” İstehsalat Birliyində neft-qaz hasilatı və təhvili üzrə yaxşı nəticələr əldə edilib.
“Azneft” İstehsalat Birliyində (İB) yanvar-fevral aylarında neft-qaz hasilatı və təhvili üzrə yaxşı nəticələr əldə edilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ötən müddətdə İB-də plan üzrə 1 milyon 100 min 740 ton neftin hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq 1 milyon 125 min 441 ton neft hasil olunub.

İlin ilk iki ayı ərzində İB-də plan üzrə 992510 min kubmetr mavi yanacağın hasil olunması nəzərdə tutulsa da, hasilat plandan çox - 1198185 min kubmetr olub.

Yanvar-fevral aylarında 539 quyuda texniki tədbir nəzərdə tutulsa da, 675 quyuda texniki tədbir görülüb və nəticədə 6 min 957 ton əvəzinə 9 min 176 ton əlavə neft çıxarılıb. Ötən müddətdə müəssisədə 127 quyuda geoloji tədbir görülüb.
Nəticədə 7 min 392 ton neft hasilatın planlaşdırıldığı halda, faktiki olaraq bu rəqəm 15 min 483 tona bərabər olub.


Teqlər:





Xəbər lenti