Prezidentin köməkçisi: "Ermənistandan cavab gözləyirik"

      Prezidentin köməkçisi:    "Ermənistandan cavab gözləyirik"
  20 Yanvar 2022    Oxunub:1179
"Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır".
AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub:

"Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik".


AzVision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti