Əfqanıstanda prezident seçkiləri əhalinin fəallığı ilə keçdi- VİDEO

Əfqanıstanda prezident seçkiləri əhalinin fəallığı ilə keçdi- VİDEO
  06 Aprel 2014    Oxunub:1188
Əfqanıstanda prezident seçkiləri sona çatdı. Neqativ proqnozlara baxmayaraq ordu və yerli polis asayişi qoruya bildi və taliblərin seçkiləri təxirə salma iddialarını həyata keçirməyə imkan vermədi. Lakin bu hal qansız ötüşmədi. Son sutka ərzində toqquşmalar zamanı güc qüvvələrindən 16 asayiş qoruyucusu və onlarla talib ölüb.

AzVision.az “euronews”a istinadən xəbər verir ki, seçicilərin aktivliyi isə 58 faiz təşkil edib. İstefaya gedən Əfqan prezidenti Həmid Kərzai isə bildirib ki, “Bu əfqan xalqı üçün tarixi bir gün oldu. Seçicilərin fəallığı yüksək qiymətləndirildi. Yağışlı və soyuq hava və terroristlərin təhdidlərinə baxmayaraq qardaş və bacılarımız bütün ölkə boyu seçkilərdə iştrak etdi. Bu Əfqanıstan üçün çox böyük uğurdur”.

Seçkilərdə yadda qalan hadisə isə seçki bülletenlərinin çatışmazlığı oldu. Buna baxmayaraq baş tutan seçkilərin səs hesablanmasına artıq start verilib. Prezidentliyə 8 namizəd olsa da analitiklərin fikrincə bunlardan yalnız 3 namizədin- Zəlmay Rəsul, Abdulla Abdulla və Əşrəf Qəni Əhmədzayın uğur qazanma şansı var. Bununla belə ikinci turun keçirilməsi də mümkündür.






Teqlər:  





Xəbər lenti