İrəvan zooparkında heyvanlar baxımsızlıqdan qırılırlar
Nəşr qeyd edir ki, heyvanlar düzgün qulluq görmədikləri üçün və aclıqdan məhv olurlar. Qəzet yazıb ki, direktor vəzifəsini icra edən Arevik Mkrtçyan öz işinin öhdəsindən gələ bilmir, vəsaitlərin sui-istifadəsi və israfçılığı ilə bağlı söz-söhbətlər də yayılıb.
- Cəmi bir gündə beş quş ölüb. Deyirlər bu aclıqdan baş verib. Baxmayaraq ki, park rəhbərliyi onların ölüm səbəbini xəstəliklə əlaqələndirib amma reallıq başqadır. İki ayıdan biri də ölüb və çox güman ki, aclıqdan bir ayı digərinə hücum edib,- nəşr yazıb.
“Hraparak”ın müxbiri zoopark direktoru Arevik Mkrtçyanla əlaqə yaratsa da o, yayılan məlumatları şərh etmək istəməyib.
Qeyd edək ki, İrəvan Zooparkı ətrafında 2019-cu ildə də çoxlu qalmaqallar yaşanmışdı. Həmin dövrdə də heyvanların müəmmalı şəraitdə ölümü gündəm olmuşdu. Nəticədə keçmiş direktor Ruben Xaçatryan işdən çıxarıldı, onu isı Arevik Mkrtçyan əvəz edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Zoopark







Vaxtında, Aydın, Lazımlı!


