"Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq" - Çavuşoğlu
O qeyd edib ki, ilk görüşdə prosesin başlaması ilə bağlı məqsədlər və gözləntilər müzakirə olunub.
"Məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyəcək və növbəti iclasda etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”,- nazir bildirib.
AzVision.az
Teqlər: Türkiyə