Rusiya XİN: "İkitərəfli münasibətlərin qurulması dövlətlərin suveren hüququdur"

      Rusiya XİN:    "İkitərəfli münasibətlərin qurulması dövlətlərin suveren hüququdur"
  20 Yanvar 2022    Oxunub:582
"İkitərəfli münasibətlərin qurulması hər dövlətin suveren hüququdur. Bu əlaqə və təmasların üçüncü ölkələrə qarşı yönəlməməsi vacibdir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya səfərinə münasibət bildirərkən deyib.

"Biz də digər ölkələrlə təmaslarımızı qurarkən bu prinsipial mövqeyi rəhbər tuturuq və öz tərəfdaşlarımızdan bu cür yanaşmanı gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Kiyevə səfərinin mövzusu Rusiya və Azərbaycan prezidentləri arasında yanvarın 18-də keçirilmiş telefon danışığı zamanı ətraflı müzakirə olunub", - o əlavə edib.

AzVision.az

Teqlər: Zaxarova  







Xəbər lenti