"Bizi sıxmaq lazım deyil" - Lukaşenkodan Qərbə mesaj

"Bizi sıxmaq lazım deyil" -    Lukaşenkodan Qərbə mesaj
  21 Yanvar 2022    Oxunub:1237
Belarus prezidenti Aleksandr Lukaşenko Qərbə mesaj göndərib. AzVision.az xəbər verir ki, o, Qərb dövlətlərini ittifaq ölkələrinə (Rusiya və Belarus-red.) qarşı çıxmamağa çağırıb.
Prezident buna səbəb kimi ittifaqı məğlub etməyin mümkünsüz olmasını göstərib. Belarus liderinin fikrincə, nə Rusiya və Belarusun hərbi gücü, nə də onların vətəndaşlarının ruhu Qərbə qalib gəlməyə imkan verməyəcək. O qeyd edib ki, nəinki Moskva, heç Minsk də qonşularının “bağ”ına girmir və yalnız öz torpaqlarında quruculuqla məşğuldur.

"Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq" - Lukaşenko
"İşlərimizə qarışmağa ehtiyac yoxdur. Bizi məğlub etmək mümkün deyil. Biz ruhən elə insanlarıq ki, məğlub etmək mümkün deyil. Elə bu ərazi baxımından da belədir: Brestdən Vladivostoka qədər. Çoxları artıq buna cəhd edib. Biz bunu xatırlayırıq. Həmin cəhdlərin necə bitməsi başadüşüləndir. Ona görə də bizi sıxmaq lazım deyil. Heç kimin "bağ"ına girmirik, kifayət qədər torpağımız da var”, – BELTA xəbər agentliyi prezidentin sözlərindən sitat gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Belarus   Qərb  





Xəbər lenti