"ABŞ Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təklifinə cavab verəcək" - Lavrov

"ABŞ Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təklifinə cavab verəcək" -    Lavrov
  21 Yanvar 2022    Oxunub:717
“ABŞ gələn həftə Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab yazılı verəcək”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqların yekunu üzrə keçirdiyi mətbuat konfransında deyib.

Lavrov qeyd edib ki, amerikalı həmkarı fikir mübadiləsindən razı qalıb və bu, gələn həftə Rusiyanın təhlükəsizlik təkliflərinə yazılı cavab verməyə kömək edəcək.

XİN başçısı, həmçinin vurğulayıb ki, ABŞ Cenevrə danışıqlarında Rusiyanın “öz ərazisində silah yerləşdirdiyini” etiraf edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti