Meksikada həbsxanada qarşıdurma: 8 nəfər ölüb

Meksikada həbsxanada qarşıdurma:  8 nəfər ölüb
  26 Yanvar 2022    Oxunub:1444
Meksikanın qərbindəki Kolima ştatında yerləşən həbsxananın birində məhbuslar arasında baş verən qarşıdurmada azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda cəzaçəkmə müəssisəsində vəziyyət rəhbərliyin tam nəzarətindədir. Dövlət orqanları həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərə lazımi köməklik göstəriləcəyini vəd ediblər.

Qeyd edək ki, 2016-cı ilin fevral ayında Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatındakı Topo Çiko həbsxanasında ən azı 49 nəfər iğtişaşların qurbanı olub. 2019-cu ilin payızında bu islah müəssisəsi həmişəlik bağlanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Meksika   Həbsxana  





Xəbər lenti