AzVision.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevin yetirmələri Antalya toplanışında ikinci sınağına çıxıb. Təmsilçimiz Şimali Makedoniyanın “Boreç” klubu ilə üz-üzə gəlib. “İC Santai” otelinin futbol mərkəzində baş tutan matçın hər hissəsi 35 dəqiqədən ibarət olub.
Matçda “Qəbələ” 1:0 hesablı qələbə qazanıb. Bu, Azərbaycan komandalarının 2022-ci ildə keçirilən oyunlarda ilk qələbəsi olub. Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Polşanın “Yagelloniya” komandasına 1:2 hesabı ilə uduzub.
AzVision.az
Teqlər:
Qəbələ