Tom Kruzun filmi üçün kosmosda kinostudiya tikiləcək

   Tom Kruzun filmi üçün kosmosda kinostudiya tikiləcək
  21 Yanvar 2022    Oxunub:630
ABŞ-lı aktyor Tom Kruzun filminin çəkilişləri üçün kosmosda ilk kinostudiya və idman zalı tikiləcək.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın "Space Entertainment Enterprise" (S.E.E) məlumat yayıb. Məlumatda şirkət kosmosda ilk kinostudiyasının yaradılmasından danışıb.

Şirkət aktyor və rejissor Tom Kruzun yeni filminin istehsalı ilə məşğuldur. Kosmosda tikişəcək kinostudiya və idman zalı "mikrocazibə şəraitində kontent yaratmaq istəyən rəssamlar, prodüserlər və yaradıcılar" üçün nəzərdə tutulmuş SEE-1-in ayrıca modulunda yerləşəcəklər.

"SEE-1 - bəşəriyyətin başqa reallığa keçmək və kosmosda yeni səhifəyə başlamaq üçün inanılmaz bir fürsətdir" - şirkətin təsisçiləri Dmitriy və Elena Lesnevskinin bəyanatında deyilir.

Tom Kruzun filminin adı və yayımlanma tarixi hələ açıqlanmayıb. "The Sun"-ın yaydığı məlumata görə, aktyor "Qeyri-mümkün tapşırıq" franşizasının son hissələrindən birini çəkmək üçün kosmosa uçmağı planlaşdırır. Qeyd olunurdu ki, Kruz planını həyata keçirtmək üçün böyük məbləğdə pul xərcləməyə hazırdır və bu barədə NASA-nın üzvləri ilə danışıqlar aparır.

İbrahim Məmmədov
AzVision.az


Teqlər: Film  





Xəbər lenti