Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib
  21 Yanvar 2022    Oxunub:618
Yaponiyanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib.
AzVision.az yerli Kyodo agentliyinə istinadən xəbər verir ki, güclü yeraltı təkanlara baxmayaraq, sunami təhlükəsi yoxdur.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:08 radələrində ölkənin cənub-qərbindəki Kyushu adasındakı Miyazaki və Oita prefekturalarında qeydə alınıb.

Xəsarət alanlar və maddi ziyanla bağlı məlumat yoxdur. Zəlzələ Yaponiyanın qərbində, eləcə də mərkəzi Yaponiyanın bir hissəsində də hiss olunub.

AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti