"Putin və Bayden görüşə bilər" - Ağ Ev

   "Putin və Bayden görüşə bilər" -    Ağ Ev
  21 Yanvar 2022    Oxunub:397
ABŞ və Rusiya prezidentlərinin görüşü mümkün ola bilər. Lakin bu məsələ barədə hələ qərar qəbul edilməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Prezident həmişə liderlər səviyyəsində görüşü yüksək qiymətləndirir. Lakin növbəti addımın məqsədəuyğun olub olmadığına hələ qərar verməliyik".

Psaki əlavə edib ki, Co Baydenin Vladimir Putinlə görüşü növbəti addım ola da bilər, olmaya da: "Mən bunun nə vaxt baş verəcəyini və ümumiyyətlə baş verib-verməyəcəyini proqnozlaşdıra bilmərəm".

Psakinin sözlərinə görə, Bayden həftə sonu dövlət katibi Entoni Blinkenin Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü barədə hesabatını dinləyəcək. O əlavə edib ki, Vaşinqton iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin tezliklə yenidən görüşəcəyini gözləyir.

AzVision.az

Teqlər: ABŞ   Rusiya  







Xəbər lenti