İran Türkiyəyə qaz tədarükünü bərpa edib

İran Türkiyəyə qaz tədarükünü bərpa edib
  21 Yanvar 2022    Oxunub:345
İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə cümə günü Shana xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 19-da yaranan və qazın nəqlinin 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

AzVision.az

Teqlər: İran   Türkiyə  







Xəbər lenti