Arnold Şvarzenegger qəzaya düşüb

   Arnold Şvarzenegger qəzaya düşüb
  22 Yanvar 2022    Oxunub:511
Amerika aktyoru və siyasətçi Arnold Şvarsenegger qəzaya düşüb.
AzVision.az xəbər verir ki, “Arnold “Yukon” markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi qırmızı “Prius”la toqquşub. Qəza zamanı onun avtomobili yuvarlanmağa başlayıb və Priusun damının üstünə düşüb”, - nəşr bildirib.

Şahidlərin dediyinə görə, toqquşma o qədər güclü olub ki, "Yukon"un təhlükəsizlik yastıqları açılıb. “Prius”u idarə edən qadın xəsarət alıb, o, xəstəxanaya aparılıb. Onun başından xəsarət aldığı bildirilir. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti