Rusiyadakı mədəndə təxliyə başlayıb

Rusiyadakı mədəndə təxliyə başlayıb
  22 Yanvar 2022    Oxunub:494
Rusiyanın Kemerovo vilayətinin Leninsk-Kuznetski şəhərindəki “Komsomolets” mədənindən şaxtaçıların təxliyyəsinə başlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd olunub ki, artıq 50-dən çox şaxtaçını mədəndən evakuasiya etmək mümkün olub. Şaxtada iş ventilyasiya ilə bağlı problemlərə görə dayandırılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti