ABŞ Ukraynaya hərbi yardım göndərib

 ABŞ Ukraynaya hərbi yardım göndərib
  22 Yanvar 2022    Oxunub:1122
ABŞ-ın Ukraynaya əlavə hərbi yardımının ilk partiyası Kiyevə çatdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi "Twitter"də məlumat yayıb.

“ABŞ prezidenti Co Baydenin Ukraynaya bu yaxınlarda qəbul etdiyi yardım paketi çərçivəsində birinci partiya bu gecə Kiyevə çatıb. Bu yükə 90 tona yaxın silah, o cümlədən cəbhə xəttindəki Ukrayna müdafiəçiləri üçün döyüş sursatları daxildir. Bu yardım Rusiyanın artan təcavüzü fonunda ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə qətiyyətli şəkildə sadiqliyini nümayiş etdirir”, - diplomatik missiyanın bəyanatında deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Ukrayna   Silah  





Xəbər lenti