ABŞ rus kosmonavta viza verməyib

ABŞ rus kosmonavta viza verməyib
  22 Yanvar 2022    Oxunub:939
ABŞ rusiyalı kosmonavt Nikolay Çuba hər hansı səbəb göstərmədən viza verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Beynəlxalq Kosmik Stansiyaya uçuşu 2023-cü ilin yazında planlaşdırılan kosmonavt Nikolay Çubun ABŞ-a giriş vizası üçün müraciəti heç bir izahat verilmədən rədd edilib”, - açıqlamada deyilir.

Qeyd olunub ki, bütün rus kosmonavtları ənənəvi olaraq BKS-ə uçmazdan əvvəl "Conson" Kosmik Mərkəzində təlim keçir.

"Roskosmos" kosmonavta vizanın verilməməsi ilə bağlı məlumatı şərh etməyib.

Nikolay Çub 2012-ci ildə Rusiya kosmonavtlar korpusuna daxil olub, onun hələ uçuş təcrübəsi yoxdur. Əvvəllər bildirilirdi ki, təcrübəli kosmonavt Oleq Kononenko və digər yeni gələn Andrey Fedyayevlə birlikdə o, 2023-cü ilin yazında stansiyaya yola düşəcək “Soyuz MS-23” kosmik gəmisinin ekipajına təyin edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti