Britaniyanın XİN rəhbəri Rusiyaya səfər edəcək

Britaniyanın XİN rəhbəri Rusiyaya səfər edəcək
  22 Yanvar 2022    Oxunub:503
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass fevral ayında Rusiyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd olunub ki, Rusiya tərəfi Böyük Britaniyanın xarici işlər nazirinin Moskvaya səfəri ilə bağlı istəyinə razılıq verib.

"Britaniyalı nazir həmkarı Sergey Lavrovla danışıqlar üçün səfər etmək barədə istəyini ifadə edib. Rəsmi Moskva fevralda səfərin baş tutmasına razılıq verib",- açıqlamada deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Britaniya   Rusiya  





Xəbər lenti