Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasın müzakirə edib

   Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasın müzakirə edib
  22 Yanvar 2022    Oxunub:486
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında təsbit olunmuş razılaşmalar müzakirə edilib: “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının icrasının praktiki aspektləri, o cümlədən Azərbaycanla Ermənistan arasında delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib”.

Putin və Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğunu qeyd ediblər.

Tərəflər KTMT çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Bildirilib ki, Paşinyanın xahişi ilə Putin ona ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişi barədə qlsa məlumat verib.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Putin   Paşinyan  







Xəbər lenti