Britaniya xarici işlər naziri Moskvaya gedəcək

Britaniya xarici işlər naziri Moskvaya gedəcək
  22 Yanvar 2022    Oxunub:374
Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfər ilə bağlı müraciətini qəbul edib.
AzVision.az TASS-a istinadla xəbər verir ki, səfər bu ilin fevral ayına planlaşdırılıb. “The Times” Britaniya hökumətindəki mənbəyə istinadla 2021-ci ilin sentyabrında vəzifəsinə başlayan Trassın fevralın əvvəlində Rusiyaya səfər edə biləcəyi haqqında məlumat paylaşmışdı. Rusiyanın Londondakı səfiri Andrey Kelin isə bildirmişdi ki, Rusiya hökumətinə Liz Trassın səfəri ilə bağlı rəsmi müraciət daxil olmayıb.

2017-ci ildən sonra Böyük Britaniyanın xarici işlər nazirləri Rusiyaya səfər etməyiblər.

AzVision.az

Teqlər: Britaniya   Rusiya  







Xəbər lenti