BMT Əfqanıstanda 2 aktivist qadının yoxa çıxmasından narahatdır

BMT Əfqanıstanda 2 aktivist qadının yoxa çıxmasından narahatdır
  22 Yanvar 2022    Oxunub:684
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası (UNAMA) iki əfqan fəalın yoxa çıxmasından narahatlığını ifadə edib.
AzVision.az xəbər verir ki, təşkilat bəyanat yayaraq Talibanı onların yeri barədə məlumat verməyə və vətəndaşların hüquqlarına hörmət etməyə çağırıb.

- BMT çərşənbə günü gecə evlərindən oğurlandıqları bildirilən iki əfqan qadın fəalın - Tamana Zaryab Paryani və Pərvana İbrahimxelin itkin düşməsi ilə bağlı artan narahatlığı bölüşür. Biz Talibanı onların harada olduqları barədə məlumat verməyə və bütün əfqanların hüquqlarını qorumağa çağırırıq , - UNAMA Twitter-də məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti