Məşhur aktyor vəfat edib

Məşhur aktyor vəfat edib
  22 Yanvar 2022    Oxunub:514
Məşhur latviyalı aktyor Arnis Lisitis vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə sənətçinin dostu, idman fotoqrafı Zigismunds Zalmanis “Facebook”da yazıb.
"Görkəmli aktyor, mehriban insan, nəhayət, dostum Arnis Lisitis bizi tərk etdi. Nəsə demək çətindir. O, indi başqa səhnədədir, başqa kino aktyorları ilə görüşəcək", - Zalmanis yazıb.

Yanvarın 8-də aktyor 76 yaşını qeyd edib. Onun ölüm səbəbi açıqlanmır.

Lisitis 150-dən çox sovet və rus filmlərində rol alıb. Onun üçün 1965-ci ildə kinoteatrda debütü Aida Manasarovanın çəkdiyi "İyirmi il sonra" filmi olub.

Aktyor "Qum təpələrində uzun yol", "İlğım", "Moruq şərabı", "Qorxulu yay", “Günahkar saymaq”, və digər maraqlı filmlərdə oynayıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Aktyor  







Xəbər lenti