1500 erməni yaraqlısı Suriyaya göndərildi
AzVision.az virtualaz.org - a istinadən xəbər verir ki, bu barədə məlumat Hələbdə döyüşən yaraqlı qruplaşması “Əl-Təvhid Briqadası” (Liwa al-Tawhid) tərəfindən qruplaşmanın internet saytında yayılıb. Tartus Latakiyadan sonra Suriyanın ikinci ən iri liman şəhəridir və orada Rusiya hərbi-dəniz bazası yerləşir.
“Əl-Təvhid Briqadası” Qarabağ ermənilərindən ibarət yaraqlı dəstəsinin Tartusa gəlişini bu anonsla çatdırıb: “Xristian ordusu Suriya torpağına yeridildi”.
“Əl-Təvhid Briqadası” Suriyada Əsəd rejiminə qarşı döyüşən ən iri qruplaşmalardan biridir və onun tərkibində 10 minə yaxın yaraqlı var. Ermənilərin də sıx yaşadığı Hələb şəhərinə bu qruplaşma nəzarət edir. Suriya erməniləri Bəşər Əsəd rejiminin tərəfindədir və bu üzdən müxaliflər onları da hədəfə alır.
Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin qarabağlı üzvü, keçmiş səhra komandiri və müharibə veteranı Vaan Bədəsyan Suriyanın Türkiyə ilə sərhəd Kasab qəsəbəsinin “İraq Şam İslam Dövləti” qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsinə və ermənilərin oradan çıxarılmasına cavab olaraq Suriyaya Qarabağdan erməni könüllülərin göndəriləcəyini bildirib.
Vaan Bədəsyan 150 erməni könüllünün Kasab ermənilərini müdafiə etmək üçün Suriyaya göndəriləcəyini bildirmişdi. Lakin belə görünür ki, söhbət 10 dəfə artıq yaraqlıdan gedir. Vaan Bədəsyan demişdi ki, 150 nəfərlik qrupu Suriyanın Latakiya şəhərinə göndərmək üçün maliyyə vəsaiti yoxdur, lakin onlardan azsaylı qrup tezliklə Suriyaya göndəriləcək. Deputatın bildirdiyinə görə, söhbət döyüş təcrübəsi olan adamlardan gedir.
Teqlər: