Əfqanıstanda avtobus partladılıb, ölənlər var

Əfqanıstanda avtobus partladılıb, ölənlər var
  22 Yanvar 2022    Oxunub:348
Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində partlayış törədilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

“Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

AzVision.az

Teqlər: Əfqanıstan   Partlayış  







Xəbər lenti