NATO Polşada güclənir
AzVision.az `The Independent` nəşrinə istinadən xəbər verir ki, bu haqda Polşa hökümətinin başçısı Donald Tusk açıqlama verib.
Tuskun açıqlamasına görə Rusiya ilə hərbi konflikt riskini minimuma endirmək üçün alyans ölkədə daimi qarnizon əvəzinə mütəmadi dəyişən hərbi qüvvələrdən istifadə edəcək.
Xatıqladaq ki, bu həftə Tusk Polşadakı hərbi varlığını artırmaq üçün NATO həmkarlarının çox yavaş hərəkət etdiyini bildirərək tənqid etmişdi.
Qeyd edək ki, martın sonlarında NATO Şurası Polşa və Rumıniya hava məkanı üzərini patrul etməsi haqqında qərar verdi. Qərarın səbəbi kimi Ukrayna böhranı göstərildi.