Belçika vətəndaşlarını Ukraynaya vacib olmayan səfərlər etməməyə çağırıb

Belçika vətəndaşlarını Ukraynaya vacib olmayan səfərlər etməməyə çağırıb
  22 Yanvar 2022    Oxunub:1110
Belçika hökuməti öz vətəndaşlarına Ukraynaya zəruri olmayan səfərləri təxirə salmağı tövsiyə edib.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2021-ci ilin noyabrından etibarən Ukraynanın Rusiya və Belarusla sərhədində gərginlik artıb. Vəziyyəti proqnozlaşdırmaq mümkün deyil və hadisələr hər an gözlənilməz şəkildə inkişaf edə bilər. Bu səbəbdən Ukraynaya zəruri olmayan səfərləri təxirə salmaq tövsiyə edilir.

AzVision.az




Teqlər: Belçika   Ukrayna  





Xəbər lenti