Qara dənizdə Rusiya ekipajının olduğu tanker yanıb

Qara dənizdə Rusiya ekipajının olduğu tanker yanıb
  23 Yanvar 2022    Oxunub:549
Qara dənizdə Komor adaları bayrağı altında üzən tankerdə yanğın baş verib, ruslardan ibarət ekipaj təxliyə edilib. AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə təcili yardım xidmətlərindən məlumat verilib.
Bildirilib ki, Qara dənizdə "Dəmir Buynuzdan" beş kilometr aralıda yanvarın 23-də saat 00.10-da Böyük Britaniyaya məxsus Komor adalarının bayrağı altında "Almuntazah" tankeri yanıb. Orada 700 tondan çox mazut olub.

Heç bir itki yoxdur, yeddi rus Moldova bayrağı altında Britaniya yedək gəmisinə təxliyə edilib. Hadisə yerinə “Xilasedici Demidov” və “Merkuri” iki çoxfunksiyalı xilasetmə gəmisi göndərilib.

İlkin vizual yoxlama zamanı yüngül tüstülənmə müşahidə olunub.Gəmi hazırda lövbərdədir, göyərtə işıqlandırması, naviqasiya işıqları və generator işləyir. Ekipajın dediyinə görə, mühərrik bölməsi bərkidilib, avtomatik yanğınsöndürmə sistemləri var. Söndürmə işlərinə 27 nəfər və 3 texnika cəlb olunub.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Yanğın   Tanker  







Xəbər lenti