İstanbulda sərnişin avtobusu dərəyə aşıb. İlkin məlumata görə, 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, hadisə Şimali Mərmərə şossesinin Beykoz rayonundan keçən hissəsində baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb edilib.