Fransanın Malidəkı bazası raket atəşinə tutulub

Fransanın Malidəkı bazası raket atəşinə tutulub
  23 Yanvar 2022    Oxunub:575
Malinin şimalında Qao bölgəsindəki Fransa hərbi bazası raket atəşinə tutulub. AzVision.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmır. İtaliya Müdafiə Nazirliyi hərbi bazada missiyanı yerinə yetirən 20 italyan əsgərindən heç kimin xəsarət almadığını bildirib.

Bildirilir ki, idarənin rəhbəri Lorenzo Querini vəziyyətin inkişafını diqqətlə izləyir.

Fransanın Malidəki əsas hərbi bazası Qao bölgəsində yerləşir. Bölgə həm də Fransanın 2013-cü ildən Malidə keçirdiyi "Barhan" əməliyyatının mərkəzi hesab olunur.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Fransa  







Xəbər lenti