Malidə Fransa hərbi qulluqçusu həlak olub

Malidə Fransa hərbi qulluqçusu həlak olub
  23 Yanvar 2022    Oxunub:782
Malidə “Barxan” əməliyyatında iştirak edən Fransa hərbi qulluqçusu bazanın atəşə tutulması zamanı həlak olub, daha 9 nəfər fransalı hərbçi yaralanıb.
AzVision.az Fransa KİV-inə istinadla xəbər verir ki, bu barədə bazar günü Yelisey sarayının mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, 54-cü artilleriya polkunun hərbi qulluqçusu kapral Anri Marten Fransanın Qaoda yerləşən hərbi bazasının minomyot atəşinə tutulması nəticəsində həyatını itirib. O, son səkkiz ildə Saxelya zonasında həlak olan 53-cü Fransa hərbi qulluqçusudur.

2014-cü ilin avqustunda Fransa Mali, Burkino-Faso, Mavritanya, Niger və Çadda islamçı qruplara qarşı mübarizə məqsədilə “Barxan” adlı hərbi əməliyyata başlayıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, hazırkı kampaniyaya 5 mindən çox hərbçi cəlb edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti