Yeni Prezident seçilənə qədər Ermənistana kim rəhbərlik edəcək?

  Yeni Prezident seçilənə qədər Ermənistana kim rəhbərlik edəcək?
  23 Yanvar 2022    Oxunub:987
Xəbər verdiyimiz kimi Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Ermənistan konstitusiyasına əsasən, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri yerinə yetirir. Prezident Milli Məclis tərəfindən seçilir. Prezidentliyə namizəd irəli sürmək üçün deputatların ümumi sayının ən azı dörddə birinin səsi tələb olunur.
Ölkənin əsas qanununun 126-cı maddəsinə uyğun olaraq növbədənkənar seçkilər prezident vəzifəsi üzrə vakant yer açıldıqdan sonra 25 gündən tez, 35 gündən gec olmayaraq keçirilir.

Deputatların ümumi sayının azı dörddə üçünün səsini toplayan namizəd prezident seçilir. Əgər prezident seçilməsə, o zaman birinci turda iştirak etmiş bütün namizədlərin iştirak edə biləcəyi seçkilərin ikinci turu keçirilir. İkinci turda deputatların ümumi sayının azı beşdə üçünün səsini toplayan namizəd prezident seçilir.

Prezidenti seçilmədikdə, ikinci turda ən çox səs toplamış iki namizədin iştirak edə biləcəyi seçkilərin üçüncü turu keçirilir.

Üçüncü turda deputatların ümumi sayının səs çoxluğunu toplayan namizəd respublikanın prezidenti seçilir.

AzVision.az



Teqlər:





Xəbər lenti