"Batan gəmidən qaçdınız?" - Korotçenko Sarkisyanın istefası haqqında

   "Batan gəmidən qaçdınız?" -    Korotçenko Sarkisyanın istefası haqqında
  23 Yanvar 2022    Oxunub:1275
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan Prezidenti Armen Sarkisyanın istefasını "batan gəmidən qaçmaq" adlandırıb.
Sosial hesabında Sarkisyanın istefasına münasibət bildirən ekspert "Batan gəmidən qaçdınız?",-deyə sual edib. O, daha sonra əlavə edib: "Paşinyan Köçəryan və Sarkisyanın prezident olduqları vaxtda malik olduqları səlahiyyətlərlə Ermənistanın prezidenti olmaq ideyasını çoxdan bəyənib.

Baş nanzir postuna isə sosial-iqtisadi sferadakı bütün günahları boynuna yükləyib güdaza vermək üçün bir vəzifə kimi baxılacaq.

Bu, Ermənistanın Konstitusiyasına və qanunvericiliyinə yenidən baxılmasını tələb edəcək. Eyni zamanda, qonşulara ərazi iddialarından əl çəkmək və Qarabağın Azərbaycanın ərazisi olduğunu hüquqi cəhətdən tanımaq mümkün olacaq", -deyə İ. Korotçenko qeyd edib.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. O bunu prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanlarının olmaması ilə əsaslandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti