Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

   Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı
  23 Yanvar 2022    Oxunub:1195
Yanvarın 23-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda Rameşbabu Praqnanandhaya (Hindistan) qarşı mübarizə aparıb. Ağ fiqurlarla oynayan şahmatçımız 46-cı gedişdə rəqibini məğlub edib.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla norveçli Maqnus Karlsenlə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

AzVision.az


Teqlər:





Xəbər lenti